Oxfam: “Hudeyda şəhərində yarım milyon insan təhlükədədir” 06 İyul 2018 01:00 Yəmən -- 80 min dinc sakin şəhəri tərk edib Oxfam beynəlxalq yardım təşkilatı Yəmənin Hudeyda şəhərində yarım milyon insanın su, ərzaq və səhiyyə baxımdan əziyyət çəkdiyini açıqlayıb. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Oxfam Yəmənin Hudeyda şəhərində baş verən qarşıdurmalardan sonra minlərlə dinc vətəndaşın bölgəni tərk etməyə məcbur qaldığını bildirib. Oxfam-ın bəyanatına əsasən, Səudiyyə rejiminin təcavüzkar hücumlarından sonra, 80 min dinc sakin şəhəri tərk edib. Bəyanatda Hudeydada vəba təhlükəsinin artdığı da qeyd olunub. Oxfamın Yəmən üzrə direktoru Möhsün Siddiqey belə bir açıqlama ilə çıxış edib: “600 min insanın taleyi həqiqətən təhlükədədir. Çünki Hudeyda şəhəri həqiqi bir təzyiq və qorxu altındadır. Bu yalnız böyük miqyaslı itkilərlə nəticələnəcək. Əsl qorxu, bunun yalnız həyatın geniş itkisinə yol açacaq bir hücuma başçılıq etməsidir. Hudeyda şəhərinin bir qəbiristanlığa çevrilməsinə imkan vermək olmaz. Bu dağıntıları dayandırmaq üçün hələ də vaxt var”. Hudeyda limanı ölkəyə idxal edilən ərzaq və dərmanların çoxunu təmin edən əsas liman olduğu üçün limanın zərər görməsi aclıq sərhədində olan 8 milyondan çox insanın həyatını daha da təhlükəli vəziyyətə sala bilər. Buna baxmayaraq, Səudiyyə rejimi liman şəhərinə hücumları dayandırmaq istəmir. Teqlər : #Oxfam: Hudeyda şəhərində yarım milyon insan təhlükədədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hudeydədən didərgin düşənlərin sayı 121 mini keçdi Əl-Husi: Yəmənə qarşı `İŞİD` və `Əl-Qaidə`dən istifadə edilir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'