OXU (EY MUHƏMMƏD) YARADAN ALLAHIN ADI ILƏ!

“Məb'əs bayramı” münasibətilə dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirik

“Be’sət” – Terminologiyada Allah tərəfindən “Tanrı elçisi” olaraq seçilmək deməkdir. Hz. Məhəmmədin (s) rəsmi olaraq peyğəmbərliyə seçildiyi gün “məb’əs” adlanır. Müsəlmanlar “məbəs”i böyük bayram hesab edirlər. Şübhəsiz bəşəriyyəti səadətin son pilləsinə ucalda biləcək “İslam” dininin gəlişi bayram kimi qeyd olunmağa layiqdir.
İmam Cavad (ə) buyurmuşdur: Rəcəb ayında bir gecə vardır ki, üzərinə günəş saçan hər nədən üstündür. O gecə Rəcəbin 27 günün gecəsidir ki, sübh çağı Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçilmişdir. O gecəyə məxsus bəzi əməllər vardır ki, şiələrimiz onları yerinə yetirsələr altmış il əməlin əcrini qazanmış olarlar. 
Bu gecəyə məxsus bəzi əməlləri qeyd edirik:
1.İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rukət) Namazın rukətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri "Muhəmməd" surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müfəzzəteyn, 7 dəfə "İxlas", 7 dəfə "Kafirun", 7 dəfə "Qədr", 7 dəfə AyətəlKürsünü oxuyub sonra aşağıdakı duanı oxu:
"Əlhəmdulilləhil-ləzi ləm yəttəxizə və lədən və ləm yəkun ləhu şəriikun fil mulki və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə innii əsəlukə biməaqidi izzəkə əla ərkani ərşikə və muntəhar-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalli əla Muhəmmədin və alihi və əntəf -ələ bii ma əntə əhluhu"
2.İstədiyin duanı oxu.
3. Bu gecə qüsl etmək müstəhəbdir.
4. Rəcəb ayının 15-ci gecəsində qılınan namazı qılmaq.
5. Bu gecənin ən fəzilətli əməllərindən biri də Həzrəti Əmirəl-möminin Əli (ə)-ı ziyarət etməkdir. 
 
Bu əzəmətli gün və gözəl bayram “Məb'əs bayramı” (Seçilmə bayramı) münasibətilə dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirik. 
Qeyd edirik ki, bu il (2015) “Məb'əs bayramı” may ayının 16-na təsadüf edir. Bayram ənənələrinə əsasən bu gün qüsl etmək, yeni paltarlar geyinmək, ətirlənmək, ata-ananın ziyarətinə getmək, qonaqlıq verib şadlıq etmək Məsumlar (ə) tərəfindən tövsiyə olunmuşdur. 
Rəvayətə əsasən bu günün orucu 70 ilin orucuna bərabərdir. Bu gündə çoxlu salavat demək, bacaranlar və imkanı olanlar üçün Rəsulullah(s)ı və Mövla Əli(ə)ni ziyarət etmək mühüm tapşırıqlar sırasındadırlar.
 
Allah bayramımızı mübarək və imanımızı kamil etsin! /
 

Google+ WhatsApp ok.ru