Oxucu sual verir

Sual: Mən bir bina inşa etmişəm. Bu binanı bir bank icarəyə götürmək istəyir. Həmin bankın əsas işi, yəni əsas gəliri faizli kredit vermək olacaq. Az bir miqdarda qaz, işıq pulu köçürmələrindən də gəlir əldə edəcək. Amma mən şərt qoymuşam ki, mənim icarə haqqımı halal yolnan qazanılan puldan versinlər. Bir mömin olaraq binamı icarəyə verə bilərəmmi bu banka?
Cavab: Əgər halal iş və xeyirin müqabilində icarəyə vermisinizsə, heç bir maneəsi yoxdur. Əks təqdirdə caiz deyildir.
 
Sual: Saqqal saxlamaq vacibdir, yoxsa müstəhəb? Bu barədə Quranda və sünnədə dəlillər nədir? 
Cavab: Saqqali qırxmaq vacib ehtyata əsasən haramdir. Saqqal saxlamaq şəriət əhlinin rəftar tərzidir.
 
Sual: Qüsl almadan və ya heyzliykən hər hansı bir vacib duanı oxumaq olarmı? 
Cavab: Bəli, sözügedən surətdə dua oxumağın işkalı yoxdur.
 
Sual: Qu quşu əti halaldırmı? Bilmirəm süzür, yoxsa qanad çalır. Ovlanıbsa halaldırmı? Ya da canlı şəkildə alınsa necə?
Cavab: Qu quşu əti halaldır.

Google+ WhatsApp ok.ru