Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir

Şoyqu: Bir sıra Asiya ölkələri S-400 sistemləri almaq istəyir

-- Bu gün iki S-400 kompleksi Suriyada...

Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
 
O, hazırda müvafiq danışıqların aparıldığını deyib: "Bu gün iki S-400 kompleksi Suriyada Hmeymim və Tartusun hava hücumundan etibarlı müdafiəsini təmin edərək gecə-gündüz növbə çəkir. Taktiki-texniki xüsusiyyətləri baxımından bu unikal komplekslərin dünyada tayı-bərabəri yoxdur. Bunu NATO üzvü olan Türkiyə ilə S-400-lərin tədarükü üzrə imzalanmış müqavilə də aydın şəkildə təsdiq edir".
 
Bununla belə, S.Şoyqu konkret olaraq hansı Asiya ölkələrinin S-400 zenit-raket sistemlərinə maraq göstərdiyini açıqlamayıb.
 

Google+ WhatsApp ok.ru