Şoyqu: `Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb` 24 Oktyabr 2017 01:00 Dünya Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ASEAN ölkələri müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməliyyatlar başlamazdan öncə İŞİD ölkə ərazisinin 70 faizini nəzarətdə saxlayırdı. S. Şoyqu əlavə edib ki, iki il ərzində Rusiya aviasiyası 948 təlim düşərgəsi, döyüş sursatlarını hazırlayan 666 zavod və emalatxana, 1,5 min ədəd hərbi texnika məhv edib: “Ümumilikdə 998 şəhər və yaşayış məntəqəsi azad edilib. Azad edilən ərazi 503 min 223 kvadrat kilometr təşkil edib”. Teqlər : #Şoyqu: `Suriyada İŞİDin nəzarəti altında 5 faiz ərazi qalıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkmənistanda 4,2 bal gücündə zəlzələ olub Filippində 2500 məscid fəaliyyət göstərir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO