`Oyunçularımdan `Real`a uduzmalarını istəsəm, məni döyərlər”

`Oyunçularımdan `Real`a uduzmalarını istəsəm, məni döyərlər”

“Malaga”nın sahibi Abdullah Al Tani maraqlı açıqlaması ilə gündəmə düşüb.
 
Maide.İnfo Goal.az-a istinadən xəbər verir ki, “Malaga”nın baş məşqçisi Miçelin “Real”ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə səbəb olub. Azarkeşlər “Malaga”nın son turda “Real”a qəsdən məğlub ola biləcəyini düşünür.
 
"Fanatlardan birinin “Barcelona”nın çempionluğu üçün son turda “Real”ı məğlub etməyiniz yetərli olacaq” fikri Al Tanini özündən çıxarıb: “Allahın köməyi ilə qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar”.
 
“Malaga”nın baş məşqçisi Miçel də “Real” azarkeşi olduğunu etiraf edib: “Real”a 25 ilimi vermişəm. Hazırda “Malaga”nı çalışdırmağıma baxmayaraq, hələ də “Real”a azarkeşlik edirəm. Ancaq oyunçularımdan uduzmalarını istəsəm, məni döyərlər”. /

Google+ WhatsApp ok.ru