Pərviz Cəbrayıl: `Dünən az qalırdı ki, qardaşım ölsün`

Maide.az-ın məlumatına görə, bu sözləri Nihad Cəbrayılın qardaşı, yazıçı-publisist Pərviz Cəbrayıl söyləyib.
 
O, Nihad Cəbrayılın vəziyyətinin o qədər də ürəkaçan olmadığını deyib:
 
"Nihad burnundan, həmçinin, gözünün altından əməliyyat olunub. Dünən qlükoza keçirəndə şok verib. Az qalırdı ki, ölsün. Bu gün onun daxili orqanları yoxlanılmalıdır. Qəza nəticəsində beyin silkələnməsi baş verdiyindən tomoqrafiya olunacaq. Bundan başqa, Nihadın 8-ci qabırğası qırılıb. Həkimlər deyir ki, onun bitişməsi üçün 15-20 gün yataq rejimində olmalıdır. Həmin qabırğanın yerinə su dolub-dolmaması bu gün yoxlanılacaq".
 
Xatırladaq ki, Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi Nihad Cəbrayıl oktyabrın 17-də növbəti reportajdan qayıdarkən avtomobil qəzasına düşüb. Qəza nəticəsində 1975-ci il təvəllüdlü qazi Sevil Abbasova dünyasını dəyişib. Jurnalist Nihad Cəbrayılla bərabər, 1968-ci il təvəllüdlü qazi Əliyeva Solmaz Valeh qızı isə ağır yaralanıb.

Google+ WhatsApp ok.ru