Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı 25 Aprel 2018 01:00 Dünya -- Bu gün saat 11:00-dən “Biz hakimiyyətə öz istəyimizi diqtə etdirməliyik. Sarkisyanın istefası hələ inqilabın uğurla yekunlaşması demək deyil. Ölkə rəhbərliyi bizim tələblərimizin hamısını qəbul etməlidir. Ona görə də, günlərdir küçələrdə növbə çəkən insanlarımızı vətəndaş itaətsizliyinə çağırıram”. Maide.Az "lent.az" -a istinadən xəbər verir ki, "tert.am" -ın məlumatına görə, bunu Yelk (Çıxış) fraksiyasının rəhbəri, Ermənistandakı küçə hərəkatının lideri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, bugündən etibarən etirazçılar vətəndaş itaətsizliyinə başlamalıdır: “Bu gün saat 11:00-dan başlayaraq, bütün etirazçıları vətəndaş itaətsizliyinə çağırıram. Həmin vaxt biz də meydanda olacağıq. Hakimiyyətə istəklərimizin yerinə yetirilməsi üçün çağırışlar edəcəyik. Addımlarımıza nə qədər tez cavab veriləcəksə, uğur daha tez bizim dövlətimizin yanında olacaq. Hakimiyyət bunu başa düşməlidir. Anlamalıdırlar ki, Respublikaçılar bir də hakimiyyət başına keçməyəcək. Əvvəlki idarəetmə quruluşuna qayıtmaq üçün konkret addımlar atılmalıdır”. Nikol Paşinyan bildirib ki, Serj Sarkisyan istefa verməklə, məclisdə Respublikaçılar Partiyasının hakimliyini qorumaq niyyətindədir. Onun sözlərinə görə, etirazçılar buna imkan verməyəcək. Teqlər : #Paşinyan erməni xalqını VƏTƏNDAŞ İTAƏTSİZLİYİNƏ çağırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı Qətəri hədələdi Taliban yaz hücumlarını açıq elan edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO