Paşinyanın partiyası yeni hökuməti formalaşdıracaq

Paşinyanın partiyası yeni hökuməti formalaşdıracaq

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğuna sahib olacaq.
 
Azvision.az xəbər verir ki, bunu Paşinyan “Facebook” səhifəsində yazıb.
 
 “MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, "Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər ) və mənim rəhbərliyim altında hökumət quracaq" - Paşinyan əlavə edib.
 
 Onun sözlərinə görə, 105 mandatdan azı 71-nə sahib olacaqlar.
 
Bir daha xatıladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib.
 
 Seçici fəallığı 49,4% olub.
 
MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.
 
“Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Parlaq Ermənistan” 1,22% (15 557 seçici), Erməni Milli Konqresi 1,54% (19 647 seçici) səs toplayıb.

Google+ WhatsApp ok.ru