Pakistan-Hindistan sərhədində qarşılıqlı atışmada 7 nəfər ölüb 03 Aprel 2019 13:54 Dünya Pakistan ordusu tərəfindən verilən açıqlamaya əsasən, Hindistan əsgərləri Kəşmir sərhəd məntəqəsinin Pakistan tərəfindəki Raxçakri sərhəd qəsəbəsindəki hərbi mövqeləri hədəfə alması nəticəsində 3 Pakistan əsgəri həyatını itirib, 1 əsgər isə yaralanıb. Maide.Az "Deyerler.org" -a istinadən xəbər verir ki, açıqlamada Pakistan əsgərlərinin açılan atəşə təsirli şəkildə cavab verdiyi qeyd olunub. Pakistan Polis İdarəsinin rəsmisi Vahid Qureyşi də Hindistan tərəfindən açılan atəş nəticəsində Niaza Per kəndində 70 yaşlı pakistanlı bir kəndlinin öldüyünü təsdiqləyib. Digər tərəfdən, Hindistan ordusu Pakistan tərəfini nəzarət xəttində atəş açmaq və sərhədin Hindistan tərəfindəki Punç bölgəsini vurmaqda ittiham edib. Ordu Hindistan əsgərlərinin açılan atəşə cavab verdiklərini bildirib. Hindistanın polis zabiti M.K.Sinha Pakistan tərəfindən açılan atəş nəticəsində Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin 1 zabit ilə bir qadın və bir qız uşağının həyatını itirdiyini, ən azı 18 mülki vətəndaşın və 5 əsgərin yaralandığını açıqlayıb. Xatırladırıq ki, fevralın 14-də “Ceyş-ül-Məhəmməd” qruplaşmasının Cammu və Kəşmir ştatında törətdiyi terror aktı nəticəsində 45 hərbçi həlak olmuşdu. Bundan sonra başlanan qarşıdurma hələ də davam edir, müntəzəm olaraq tərəflər bir-birilərinə atəş açır. Teqlər : #PakistanHindistan,#sərhədində,#qarşılıqlı,#atışmada,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Saakaşvili Gürcüstanda şəhər meri olmaq istəyir Bəhreyndə aksiyaya müdaxilə edildi: Saxlanılanlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO