Pakistan-Hindistan sərhədində azı 10 nəfər öldürülüb

Pakistan-Hindistan sərhədində azı 10 nəfər öldürülüb

Oktyabrın 19-20-də Pakistan və Hindistan sərhədçiləri arasında atışmalarda azı yeddi dinc sakin və üç əsgər öldürülüb.

Hər iki tərəfdən bir-birinə zidd məlumatlar gəlir və ölü sayının arta biləcəyi ehtimal olunur.

Pakistan ordusunun sözçüsü, general mayor Asif Ghafoor oktyabrın 20-də Hindistan tərəfi təmas xəttini atəşə tutmaqda suçlayıb, “dinc sakinlərin bilərəkdən hədəfə alındığını” deyib. Pakistan ordusu Kəşmirin Pakistanın nəzarətində olan hissəsində altı dinc sakinin və bir əsgərin öldürüldüyünü bildirib. Ghafoor Pakistan əsgərlərinin cavab atəşi açaraq doqquz hindistanlı əsgəri öldürdüyünü, “bir neçəsini” yaraladığını qeyd edib.

Hindistan mənbələri isə bu məlumatları təkzib edib, Pakistan əsgərlərinin qarşı tərəfin sərhəd postunu və dinc sakinlər yaşayan ərazilərini hədəfə aldığını vurğulayıb, bir əsgərin, iki dinc sakinin öldürüldüyünü bildirib.

Google+ WhatsApp ok.ru