Pakistan Əfqanıstanla sərhəddəki nəzarət-keçid məntəqəsini açıb

Pakistan Əfqanıstanla sərhəddəki nəzarət-keçid məntəqəsini açıb

Pakistanla Əfqanıstan sərhədində yerləşən “Torham” nəzarət-keçid məntəqəsi fəaliyyətini bərpa edib.
 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məntəqə avtomobillər və insanlar üçün keçidə açılıb.
 
Bildirilib ki, nəzarət-keçid məntəqəsi açılandan bəri Pakistandan Əfqanıstana artıq 720 yük maşını keçib.
 
Qeyd edək ki, Pakistanla Əfqanıstandakı əsas nəzarət-keçid məntəqəsi sayılan “Torham” “Taliban” qruplaşmasının məntəqəni ələ keçirdiyi vaxtdan bağlanmışdı.
 

Google+ WhatsApp ok.ru