Pakistan Baş naziri Yəmən böhranının həlli üçün çalışdıqlarını vurğuladı

Pakistan Baş naziri Yəmən böhranının həlli üçün çalışdıqlarını vurğuladı

Pakistan Baş naziri İmran Xan paytaxt İslamabad şəhərində Yəmən müharibəsinin bitməsi üçün başladılan konfrans barəsində açıqlama verib. 

 İmran Xan vurğulayıb ki, Pakistan Yəmən müharibəsinin bitməsi üçün əlindən gələni etməyə hazırdır.   

"Pakistan istəyir ki, regiondakı bütün böhranlar öz həllini tapsın", - deyə İmran Xan diqqətə çatdırıb.   

Baş nazir qeyd edib ki, Pakistan İranın təklifi ilə keçirilən konfransın bütün tələblərini dəstəkləyir. /eastnews.org/

Google+ WhatsApp ok.ru