Pakistan Baş Naziri Yəmənə hücumları yolverilməz adlandırdı

Pakistan Baş Naziri Yəmənə hücumları yolverilməz adlandırdı

Pakistanın Baş Naziri İmran Xan Yəmən ilə bağlı açıqlama verib.  

 
Baş Nazir açıqamasında bildirib ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvəllərinin Yəmənə hücumu davam etdirmələri yolverilməz haldır.  
 
"Bu hücumlar Yəməndə humanitar faciənin yaranmasına səbəb olur. Ölkə insanının durumu həqiqətən acınacaqlıdır", - deyə İmran Xan diqqətə çatdırıb.  
 
Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews/

Google+ WhatsApp ok.ru