Pakistan BMT-yə Hindistandan şikayət edəcək

Pakistan BMT-yə Hindistandan şikayət edəcək


Pakistan hökuməti BMT-yə Hindistandan şikayət etmək niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, şikayət bu günlərdə Pakistanın Balakot şəhəri yaxınlığında Hindistan döyüş təyyarələrinin endirdiyi hava zərbələri zamanı törədilmiş “ekoloji terror” ittihamı ilə bağlı olacaq.


“Burada ekoloji terror əməli baş verib. Ətraf mühitə ciddi ziyan vurulub”, - Pakistan Baş nazirinin iqlim dəyişikliyinə dair müşaviri Malik Əmin Əslam deyib.
 

O, Hindistan təyyarələrinin meşə qoruğunu bombaladığını, bununla bağlı BMT-yə şikayət vermək üçün hazırda təbiətə dəyən ziyanla bağlı araşdırma apardıqlarını bildirib.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 47/37 nömrəli qətnaməsində ətraf mühitin hərbi zərurət əsaslandırmadan, məqsədsiz məhv edilməsi beynəlxalq hüquqa zidd kimi göstərilir.

Google+ WhatsApp ok.ru