Pakistanda ağır yol qəzası

Pakistanda ağır yol qəzası

-- ən azı 17 nəfər ölüb

Pakistanın cənubunda, Sind vilayətinin Hayrpur şəhərində ağır yol qəzası baş verib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yük maşını qarşısındakı avtobusu ötmək istəyərkən aşıb.
 
Polis yük avtomobilinin sürücüsünün idarəetməni itirdiyini təsdiqləyib. Hadisə nəticəsində ən azı 17 nəfər ölüb.
 
Xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyəti ağırdır.
 
Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.
 

Google+ WhatsApp ok.ru