Pakistanda kamikadze özünü məscid yaxınlığında partlatdı

Pakistanda kamikadze özünü məscid yaxınlığında partlatdı

-- ölən və yaralananlar var

Pakistanın Pişavər şəhərində bu gün (cümə günü) məscidin önündə terrorist kamikadze özünü partladıb.
 
Maide.Az "İqna"-a istinadən xəbər verir ki, hadisə nəticəsində  bir polis nəfəri ölüb.
 
Məlumata görə, terror hadisəsi Pişavərin "Həyatabad" qəsəbəsində Zərquni məscidinin önündə törədilib. Hücum nəticəsində onlarla insan yaralanıb. 
 
Xatırladaq ki, Pişavər şəhəri məşhur Xeybər keçidində, sərhəd regionunda yerləşir və Pakistanın mədəni, siyasi və iqtisadi mərkəzlərindən biri sayılır. Bu regionda yaşayanlar əsasən Pəştulardır.

Google+ WhatsApp ok.ru