Pakistanda məscid memarlığı -  REPORTAJ  - FOTO

Pakistanda məscid memarlığı - REPORTAJ - FOTO

Pakistan Asiyanın cənubunda müsəlman ölkəsidir ki, 1947-ci ildə müsəlmanların Hindistandan ayrılmasının ardınca müstəqil dövlət olaraq qurulmuşdur. Ölkənin rəsmi dini İslamdır və müsəlman əhalisinin sayına görə dünyada ikinci müsəlman ölkəsidir.
 
Pakistanın öz xüsusi memarlıq üslubu ilə seçilən çoxlu elmi dini hövzələri, mədrəsələri, məscidləri və mədəni təşkilatları vardır ki, bu yazıda bu ölkənin doqquz tanınmış və məşhur məscidi barədə məlumat veriləcəkdir.
 
1) Məlik Feysəl məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
İslamabadda "xeymə" formasında tikilən bu məscid Pakistanın, Asiyanın cənubunun və dünyanın böyük məscidlərindən biri sayılır.
 
1966-cı ildə Ərəbistanın padşahı Məlik Feysəl ibn Əbdüləziz İslamabada səfəri zamanı bu məscidi tikdirmək qərarına gəldi və məscidin tikilişi 1976-cı ildə başlayaraq 1986-cı ildə sona çatdı. Türkiyəli memar Vədat Dalukayın memarlıq layihəsi əsasında tikilən məscid həm də Beynəlxalq İslam Universiteti kimi də fəaliyyət göstərir.
 
Məscidin günbəzi xeymə (çadır) şəkilindədir və dörd minarəsi vardır. Məscidin sahəsi 5000 kv.metrdir və 300 min nəfərin bir dəfədə namaz qılması miqdarında tutumu vardır.
 
2) Padşahlıq məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Pakistanın Lahur şəhərində yerləşən bu məscidin tikilişi 1671-ci ildə axırıncı monqol imperatoru Urəng Zib Aləmgir şahın göstərişi ilə başlamış və 1673-cü ildə sonra çatmışdır. Bu məscid Pakistanın ikinci böyük məscidi sayılır. Bu məscidin tutumu 50 min nəfər namazqılandır.
 
3) Şahcahan məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Pakistanın Sind əyalətinin "Təhtəhə" rayonunda yerləşən bu məscid miladın 17-ci əsrində Şah Cahanın göstərişi ilə tikilib. Məscidin tikintisi 1644-cü ildə başlamış və 1647-ci ildə sona çatmışdır.
Məscidin mermarlıq üslubu İran və Türk memarlığının qarışığıdır. Məscidin memarlığında Teymurilərin memarlıq üslubu (Hindistanın "Aqra" məscidi) təsir qoymuşdur.
Bu məscidin 93 günbəzi vardır və bu günbəz sayına görə dünyada birinci məsciddir.
Məscidin memarlıq üslubu elədir ki, minarələrdən verilən azan səsi səsucaldıcı olmadan bütün Təhtəhə rayonunda çox aydın şəkildə eşidilir.
Bu məscid 1993-cü ildə dünyanın tarixi irsi kimi UNESCO-da qeydiyyata alınmışdır.
 
4) TUBA məscidi
Image result for tooba mosque
 
Pakistanın Kəraçi əyalətində "Gil" məscidi adı ilə məşhur olan bu məscid dünyanın ən böyük günbəzinə sahibdir. Bu günbəzin diametri 72 metrdir, minarələrinin hündürlüyü isə 70 metrdir.
Tuba məscidi 1969-cu ildə tam akustik (səs keçirməyən) şəkildə, xalis ağ mərmərdən və 5000 min nəfər namazqılan tutumu ilə tikilmişdir və Pakistanın turizm məkanlarından biri sayılır.
 
5) Behvəng məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Bu məscid Pakistanın cənubunda "Rəhim Yarxan" regionunda tikilmişdir. Tikintisində Hindistan və Pakistandan olan 1000-dən çox usta və fəhlə işləyən bu məscid 1932-ci ildə "Sərdar Rəis Qazi Məhəmməd"in nəzarəti altında tikilməyə başlamış və 1982-ci ildə, yəni 50 ildən sonra başa çatmışdır.
 
Bu məscid tikinti materiallarının növ çoxluğuna görə də nadir məscidlərdən sayılır. Elə memarlıq üslubunun nadir və özünəməxsus olduğu üçün 1986-cı ildə "Ağaxan mükafatı"na da layiq görülmüşdür. 2004-cü ildə isə Pakistan prezidenti ölkənin milli bayramı günü Qazi Məhəmmədə bu məscidə görə "Sitara İmtiyaz" mükafatını təqdim etdi.
 
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
6) Məhəbbətxan məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Bu məscid 17-ci miladi əsrində (1630) Pişavərdə tikilmişdir. Məscidin o zaman Pişavərə hökmranlıq edən monqol şahı Nəvvab Məhəbbətxan ibn Əlimərdanxanın adına tikilmişdir. Məscidin iki minarəsi və üç günbəzi vardır.
 
7) Şahi Eyidgah məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Bu məscid 18-ci əsrin əvvəllərində (1735) Pəncab əyalətinin qərbində yerləşən Multan şəhərində bu şəhərin hökmranı Xuxar və Nəvvab Əbdüssəməd Xan ailəsi tərəfindən tikilmişdir. Məscidin 250x55 futluq namazxanası və yeddi günbəzi vardır.
 
8) Vəzirxan məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Bu məscid 17-ci əsirdə, Şah Cahanın səltənəti zamanında, Pəncab əyalətinin mərkəzi olan Lahur şəhərində tikilmişdir. Məscidin tikintisi 1634-cü ildə başlamış və 1641-ci ildə başa çatmışdır. Sahəsi 48x85 metr olan bu məscid təzyin və zinət baxımından monqol dövrünün ən gözəl məscididir. Məscidin 4 minarəsi və 5 günbəzi vardır. Məscid 2009-cu ildə Norveç və Almaniyanın köməyi ilə hərtərəfli təmir edilmişdir.
 
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
9) Mirvari (muti) məscidi
نگاهی به معماری مساجد در پاكستان/ از طراحی خیمه‌ای شکل تا بزرگ‌ترین گنبد + عکس
 
Lahurun Qələşahi qalasının daxilindəki tikilən bu məscid 17-ci əsrdə, Şah Cahanın zamanında, 1645-ci ildə ağ mərmər daşı ilə inşa edilmişdir. Məscidin 3 günbəzi vardır. Günbəzlər ikili şəkildə düzəldilmişdir və bu da səbəb olur ki, azan səsi məscidin hər tərəfindən çox aydın şəkildə eşidilsin.(iqna) /

Google+ WhatsApp ok.ru