Pakistanda  Peyğəmbərin (s) mövludu münasibətilə təşkil olunmuş mərasimə hücum olunub

Pakistanda Peyğəmbərin (s) mövludu münasibətilə təşkil olunmuş mərasimə hücum olunub

-- 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Pakistanın Sind əyalətinin Xeyirpur bölgəsində Peyğəmbərin (s) mövludu münasibətilə təşkil olunmuş mərasimə terrorçular hücum edib. 
 
Maide.Az  “Abna”-a istinadən xəbər verir ki,  terror hücumu nəticəsində  4 nəfər həlak olub,  10 nəfər yaralanıb.  
 
Hələlik heç bir qrup və ya şəxs hücumun məsuliyyətini üzərinə götürməyib.  
 
Peyğəmbərin mövludu münasibəti ilə  Paksitanda  evlər, küçələr və məscidlər bəzədilir və çox təntənəli keçirilir. 
 
Qeyd edək ki, ötən gecə həçminin Paksitanın İslamabad  şəhərin  Babul-elm  hüseyniyyəsində  təkfirçi qruplar  Əhli-beyt (ə) ardıcıllarına  hücum edib.  2 nəfər həlak olub, 4 nəfər yaralanıb. 
 
 

Google+ WhatsApp ok.ru