Pakistanda Rohingiya müsəlmanlarının qətliamı pislənilib

Pakistanda Rohingiya müsəlmanlarının qətliamı pislənilib

Ötən gün Pakistanın Kəraçi şəhərində Myanmarda Rohingiya müsəlmanalrının qətliamı və soyqırımına qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. 
 
Maide.Az xəbər verir ki, etirazçılar Myanmar ordusunun müsəlmanları qətliam etməsi pislənilib. 
 
Etirazçılar əllərində “Rohingiyalılar müsəlmandır”, “Qardaşlarımızın qətliamını dayandırın”, “Müsəlmanların öldürülməsini dayandırın” yazılmış şüarlar yazılmış plakatlar daşıyıb. 
 
Qeyd edək ki, ötən həftənin cümə günü də Kəraçi şəhərində Myanmar hökuməti əleyhinə genişmiqyaslı etiraz aksiyası keçirilmişdi. Bu etiraz aksiyası sosial şəbəkələrdə Myanmar ordusunun 31 qadın və qızı Darcizar kəndində diri-diri yandırmasına dair video yerləşdirildikdən sonra  baş tutmuşdu.  
 
Etirazçılar Myanmarda müsəlmanlara qarşı soyqırımı dayandırmaq üçün beynəlxlaq ictimaiyyətin müdaxilə etməsini tələb ediblər. /

Google+ WhatsApp ok.ru