Pakistanda seçkinin nəticələrinə görə müxalifət lideri öndədir

Pakistanda seçkinin nəticələrinə görə müxalifət lideri öndədir

Media Pakistanda seçkinin ilkin nəticələrinə görə müxalifət lideri Imran Khan-ın partiyasının önə çıxdığını bildirir. Ondan geri qalan hakim partiya liderləri seçkinin nəticəsini “saxta” adlandırıb.
 
“Reuters” iyulun 26-da səhər xəbər verib ki, bülletenlərin 30 faizi sayılıb və Khan-ınTehrik-e Insaf partiyası (PTI) 272 dairədən 113-də öndədir. Məlumatı Pakistanın Seçki Komissiyası yayıb.
 
“The Associated Press” yazır ki, “ilkin qeyri rəsmi nəticələr” keçmiş kriket ulduzu olan Khan və partiyasının, həbsdə olan keçmiş baş nazir Nawaz Sharif-in PML-N partiyasını üstələdiyini göstərir. Seçki dönəmində bu partiyaya Nawaz-ın qardaşı Shahbaz Sharif liderlik edib.
 
Pakistanın dörd televiziyasının açıqladığı ilkin proqnozlara görə, Khan-ın partiyası parlamentdəki 272 yerdən 102-ni əldə edə bilər. PML-N partiyasının isə 40-58 yer qazanacağı proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru