Pakistanda silahlı şəxslər Universitetə hücum etdi - YENİLƏNİB

Pakistanda silahlı şəxslər Universitetə hücum etdi - YENİLƏNİB

-- 11 nəfər ölüb, 37 nəfər yaralanıb

(ilk xəbər  10:13 -da dərc olunub) 
 
 
11:24
 
Pakistanın Xeybər-Pahtunhva əyalətində yerləşən Pişəvar şəhərində Kənd Təsərrüfatı Universitetinin kampusuna hücum nəticəsində azı 11 nəfər ölüb, 37 nəfər yaralanıb.
 
Bir qədər əvvəl 11 nəfərin xəsarət aldığı bildirilirdi.
 
Maide.Az xəbər verir ki, Pakistan KİV-lərinin yaydığı məlumata görə, bu gün səhər saatlarında üzlərinə maska taxmış naməlum silahlı şəxslər universitet binasına daxil olaraq tələbələri atəşə tutublar. Həmçinin onların tələbə yataqxanasına da hücum etdikləri bildirilir.
 
Polisin keçirdiyi əməliyyat nəticəsində hücum edənlərin hamısı öldürülüb.
 
Son məlumata əsasən, terror aktının məsuliyyətini Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban” qruplaşması üzərinə götürüb.(azərtac) 
 
***
 
Pakistanın Pişavər şəhərində  3 silahlı şəxs  Kənd Təsərrüfatı  Universitetinə  hücum edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, 3 terrorçu universitetə atəş açaraq soxulub.
 
Hücum nəticəsində 11 nəfər yaralanıb. Yaralılar Pişavər şəhər xəstəxanalarına çatdırılıb. 
 
Polis və terrorçular arasında 2 saata yaxın atışma baş verib. Təhlükəsizlik qüvvələrinin  müdaxiləsi ilə hücum edən  3 terrorçu öldürülüb. 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru