Pakistanda, 118 yaşlı məscidin bərpasına başlandı

Pakistanda, 118 yaşlı məscidin bərpasına başlandı

Türk Qızıl Aypara nümayəndələri Pakistandakı 118 yaşlı məscidin bərpasına başlayıblar.
 
Maide.Az "Anadolu" istinadla xəbər verir ki,  söhbət Pəncab əyalətində yerləşən Həzrəti İbrahim (ə) məscidindən gedir.
 
Təşkilatın baş katibi Hüseyn Can, məscidin yenidən qurulmasında iştirak etməkdən qürur duyduğunu bildirib.
 
Həzrəti İbrahim (ə) məscidi 1901-ci ildə tikilib, lakin binanın pis saxlanılması onu məscidə gələnlər üçün təhlükəli vəziyyətə gətirib və bu da təmir işlərinin başlamasına səbəb olub.

Google+ WhatsApp ok.ru