Pakistanda 12 məktəbə hücum olunub

Pakistanda 12 məktəbə hücum olunub

Pakistanın Gilgit Baltistan bölgəsində 12 məktəbə hücum olunub. 
 
Maide.Az  “AA”a istinadən xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, ölkənin  Gilgit Baltistan əyalətinin Gilas və Diamer bölgəsində  ötən gecə  naməlum şəxslər 12 məktəbə hücumlar təşkil edib. 
 
Hücum edilən məktəblər  qızların təhsil aldığı məktəblərdir.  Hücum zamanı məktəb binasına və sinif otaqlarına ziyan vurulub.  Məktəblərdə yanğın törədilib və  iki məktəbdə isə partlayış törədilib. 
 
Gİlgit Baltistan əyalətinin  rəhbərliyi verdiyi açıqlamada bildirib ki, hücuma məruz qalan məktəblərin bəzisi tikilir və bəzisində təmir işləri aparılırdı. 
 
Rəsmilər tez bir zamanda məktəblərdə gedən təmir və tikinti işlərinin başa çatıdırlacağı və təhlükəsizlik tədbirlərinin artırılacağını bildiriblər. 
 
Pakistanın  daha çox qəbilələr yaşayan bölgəsi olan  Gilgit Baltistan bölgəsində son 10 ildə  1500 məktəbə hücum edilib.  Bu hücumlara bölgə xalqı   2004 və 2011-ci illərdə etiraz aksiyası təşkil edərək öz etirazlarını bildirib. 
 

Google+ WhatsApp ok.ru