Pakistanda Əhli-beyt (ə) ardıcılları aclıq aksiyasına başlayıb - FOTO

Pakistanda Əhli-beyt (ə) ardıcılları aclıq aksiyasına başlayıb - FOTO

Paskitanda bir qrup Əhli-beyt (ə) ardıcılı ölkədə şiələrin qaçırılmasına etiraz əlaməti olaraq  Kəraçidə toplaşaraq aclıq aksiyasına başlayıb. 
 
Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki, etirazçılar şiələrin səbəbsiz qaçırılmasını pisləyib. Aksiyada qaçırılmış şəxslərin ailələri, ictimai şəxsiyyətlər və din alimləri iştirak edir. 
 
Etiraz aksiyasında çıxış edənlər etirazların qaçırılmış şiələrin evlərinə qaytarılması təmin olunana qədər  davam edəcəyini bildirib. Onlar Pakistan hökumətindən qaçırılmış Əhli-beyt (ə) ardıcıllarının evlərinə qaytarılması üçün ciddi addım atmasını tələb edib. 
 
Etirazların Pakistanın müxtəlif bölgələrində də təşkil olunacağını qeyd edilib. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru