Pakistanda ‘Kərbəla qiyamında qadınların rolu’ mövzusunda vebinar keçirildi 22 Sentyabr 2020 09:17 Dünya Pakistanın Pişavər şəhərində "Kərbəla qiyamında qadınların rolu" mövzusunda vebinar keçirilib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, keçirilən vebinarda Həzrət Zeynəbin (s) sirəsi və həyat tərzi bütün müsəlmanlara nümunə və ülgü olaraq araşdırılıb və bütün müsəlman xanımlarının Həzrət Zeynəbi (s) özlərinə nümunə götürmələrinin zəruri olduğu vurğulanıb. Vebinarda Həzrət Zeynəbin (s) təqva, elm, iffət, ismət, səbr, şücaət, qəhrəmanlıq, fədakarlıq, natiqlik kimi xüsusiyyətləri, ümmül-məsaib olması və həyatının və şəxsiyyətinin digər cəhətləri haqqında məlumatlar verilib. Həmçinin Kərbəla qiyamı və qadınların ictimai məsuliyyətləri barədə elmi məqalələr səsləndirilib, İqbal Lahurinin şeirləri qiraət edilib, müsəlmanların Quran, İslam, Peyğəmbər və Əhli-Beytə (ə) olan sevgisindən danışılıb. Teqlər : #Pakistanda,#Kərbəla ,#vebinar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada üç nəfər yanaraq ölüb İraq Fransadan külli miqdarda silah alacağını bildirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO