Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı 570 nəfəri keçib

Pakistanın cənubunda davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 570 nəfəri keçib.
 
Havanın temperaturu 45 dərəcəyə qədər yüksəlib. 
 
Bazar ertəsi yağan yağışların havanın hərarətini bir neçə dərəcə aşağı salmasına baxmayaraq, növbəti həftə hərarətin yenidən yüksələcəyi gözlənilir.
 
Həkimlər uzun müddət gün altında dayanmamağı tövsiyə edib.

Google+ WhatsApp ok.ru