Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb

Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb

Pakistan ordusu və polisinin Xayber-Paxtunxva əyalətinin Peşəvər şəhərində apardığı antiterror əməliyyatında beş terrorçu öldürülüb.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçuların sığındığı üçmərtəbəli qəzalı bina partladılıb.
 
Öldürülən terrorçular “Təhrik-ei-Taliban” qruplaşmasının üzvləri olub.
 
Hökumət qüvvələrindən bir neçə adam yüngül yaralanıb.
 
Əyalətdə digər terrorçu düşərgələrinin müəyyən edilməsi istiqamətində də iş aparılır.
 
 
 

Google+ WhatsApp ok.ru