Pakistanda atışma: Qurbanlar arasında qadınlar və uşaq var

Pakistanda atışma: Qurbanlar arasında qadınlar və uşaq var

Pakistanda silahlı qruplaşma üzvlərinin atışması nəticəsində 13 nəfər həlak olub. Daha 20 yerli sakin isə xəsarət alıb.
 
Bu barədə Geo TV xəbər yayıb.
 
Hadisə Sind əyalətində Şikarpur şəhərində polis məntəqəsinin yaxınlığında baş verib. Bildirilir ki, qurbanlar arasında iki qadın və 8 yaşlı qız uşağı da var.
 
Zərərçəkənlər xəstəxanalara yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır. (faktxeber) /

Google+ WhatsApp ok.ru