Pakistanda atışmada 5 polis əməkdaşı öldürülüb

Pakistanda atışmada 5 polis əməkdaşı öldürülüb

Pakistanın Qilqita əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silah qaçaqmalçıları arasında atışma olub.
 
Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.
 
Bildirilib ki, atışma nəticəsində ən azı 5 polis əməkdaşı ölüb, 5 polis əməkdaşı isə yaralanıb.
 
Bundan başqa, 2 mülki vətəndaş xəsarət alıb.
 
Cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar. /APA
 

Google+ WhatsApp ok.ru