Pakistanda avtobus yanıb, azı 8 nəfər həlak olub

Pakistanda avtobus yanıb, azı 8 nəfər həlak olub

Pakistanın şimalında yerləşən Pəncab əyalətinin Cəlam şəhərində avtobusun yanması nəticəsində azı 8 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Həkimlər yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, ilkin məlumata görə, Lahor şəhərindən Ravalpindi yaşayış məntəqəsinə gedən avtobusun naqillərində qısa qapanma baş verib.
 
İnsident zamanı avtobusda ümumilikdə 16 nəfər olub.
 
Onların 4-ü hərəkətdə olan avtobusdan yola tullanmağa imkan tapıb.
 
Ölkənin hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqata başlayıb.

Google+ WhatsApp ok.ru