Pakistanda bazarda partlayış törədilib, 21 nəfər həlak olub, 40 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanda bazarda partlayış törədilib, 21 nəfər həlak olub, 40 nəfər yaralanıb - YENİLƏNİB

11:54
 
Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və yaralananların sayı artıb.
 
APA-nın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 21-ə yüksəlib, 40-dək yaralı var.
 
 
10:15
Pakistanda bu gün səhər bazarda partlayış baş verib. 
 
Maide.Az xəbər verir ki, Pakistanın şimal-qərbində Parçinar şəhərində bazarda baş vermiş partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. 
 
Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
 
Hələlik partlayış məsuliyyətini heç bir qrup üzərinə götürməyib. 

Google+ WhatsApp ok.ru