Pakistanda daşqın: 14 ölü 21 İyul 2015 01:00 Xəbərlər Pakistanda baş vermiş daşqın nəticəsində ən azı 14 nəfər ölüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, daşqın ölkənin Xeybər-Paxtunxva vilayətinin Çitral dairəsində qeydə alınıb. Ölənlərin sayının artacağı istisna edilmir. Daşqından ən azı 200 min pakistanlı ziyan görüb. Təbi fəlakət regionda iyulun ortalarından avqustun sonunadək davam edən musson yağışları mövsümündə baş verib./ Teqlər : #Pakistanda daşqın: 14 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransa rəsmisi İrana gedir Məkkədə yanğın baş verib