Pakistanda etiraz aksiyası keçirilib - VİDEO

Pakistanda etiraz aksiyası keçirilib - VİDEO

Pakistanda Kuveytə şiələrinə qarşı terror hücumlarını pisləmək məqsədilə etiraz aksiyası keçirilib. 
 
Maide.Az “İribnews”a istinadla xəbər verir ki, iki gün öncə  Pakistanın Kuveytə şəhərində bazarda baş vermiş partlayışın ardınca bu ölkə əhalisi şiələrə qarşı terror hücumlarını pisləmək məqsədilə  etiraz aksiyası keçirib. 
 
Pakistanın Kuveytə şəhərində keçirilən etiraz aksiyasında Əhli-beyt (ə) ardıcıllarına qarşı  həyata keçirilən davamlı terror hücumları pislənilib. 
 
Etirazçılar  “Şiələrin canı önəmlidir” şüarı səsləndirərək Pakistan hökumətindən terrorçularla mübarizədə və vətəndaşların təhlükəsizliyini təmin etməkdə  daha aktiv olmağa səsləyiblər. 
 
Qeyd edək ki, iki gün öncə Pakistanın Kuveytə şəhərində bazarda bomba qoyulmuş avtomobilin partlamasın nəticəsində 20 nəfər şəhid olub, çox sayda Əhli-beyt (ə) ardıcılı isə yaralanıb. 
 

Google+ WhatsApp ok.ru