Pakistanda şiələrin avtobusuna hücum olub, 4 nəfər həyatını itirib

Pakistanda şiələrin avtobusuna hücum olub, 4 nəfər həyatını itirib

Pakistan rəsmiləri bildirir ki, silahlı şəxslərin Əhli-Beyt (ə) ardıcıllarını daşıyan avtobusa hücumu nəticəsində 4 nəfər həyatını itirib. 
 
Maide.Az xəbər verir ki, ötən gün silahlı şəxslər Bəluçistan əyalətinin mərkəzi Kuveytə şəhəri yaxınlığında Əhli-Beyt (ə) ardıcıllarını daşıyan avtobusa hücub edərək, odlu silahla onlara atəş açıblar. Ölənlərin hamısı qadındır. 
 
Bu hücum zamanı  bir kişi və iki qadın yaralanıb. 
 
Motosikletlə avtobusa yaxınlaşıb sərnişinlərə atəş açan iki nəfər hadisə yerindən qaçıb və polis onların tutulması istiqamətində axtarışları davam etdirir. 
 

Google+ WhatsApp ok.ru