Pakistanda şiələr oturaq aksiya keçirir

Pakistanda şiələr oturaq aksiya keçirir

-- Terrorun dayandırılması tələbi ilə

Pakistanın Bəluçistan əyalətinin Kvetta şəhərində  Ələmdar xiyabanında “Terrora son” tələbi ilə oturaq aksiya keçirilir. 
 
Maide.Az xəbər verir ki, aksiya son günlər Kvetta şəhərində daha iki Əhli-beyt (ə) tərəfdarının öldürülməsindən sonra başlayıb.  
 
Şəhərdə yaşayan şiələr Əhli-beyt (ə) ardıcıllarına qarşı törədilən terrorun dayandırılmasını və bu cinayətləri törədən  şəxslərin cəzalandırılmasını hökumətdən tələb edir. 
 
Qeyd edək ki, bazar günü  təkfirçi terror qruplaşma üzvləri  Qədəharlılar bazarında  Nəzar Hüseyn və Gül Hüseyn adlı iki şiəni odlu silahla şəhid edib.  
 
Xatırladaq ki, son aylar ərzində Kvetta  şəhərində şiələrə qarşı bu cür silahlı hücumlar geniş vüsət alıb.   
 

Google+ WhatsApp ok.ru