Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB

15:06
 
Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb.
 
Maide.Az APA-a istinadla xəbər verir ki,  yerli ARY News telekanalı xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb, 70 nəfər yaralanıb.
 
 Geo TV isə yaralı sayının 100-dək olduğunu açıqlayıb.
 
***
 
Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
 
Bu barədə “Samaa TV” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.
 
Məlumata görə, qəza zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.
 
Qeyd edək ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

Google+ WhatsApp ok.ru