Pakistanda istidən ölənlərin sayı 1500-ə çatdı

Pakistandan gələn son xəbərlərə görə, bu ölkədə istidən ölənlərin sayı sürətlə artmaqda davam edir.
 
Xüsusilə Sind əyalətinin mərkəzi olan Karaçi şəhərində vəziyyət xeyli gərginləşib. Burada istidən ölənlərin sayının artıq 1100 nəfəri ötdüyü bildirilir. Karaçi şəhərində yerləşən morqların ölənləri qəbul etmək imkanı yoxdur. Ona görə də ölənlərin sayının 1500 nəfərdən artıq ola biləcəyi də vurğulanır.
 
Xatırladaq ki, 20 milyona yaxın əhalisi olan Karaçi dünyanın ən böyük şəhərlərindən biridir. Son günlər şəhərin elektrik şəbəkələrində yaranan problemlər vəziyyətin ağırlaşmasında da müəyyən rol oynayır.  /

Google+ WhatsApp ok.ru