Pakistanda məscidə hücumda 16 nəfər öldü

Pişəvərdə məscidə təşkil olunan hücumda 16 nəfər həyatını itirdi

Maide.az xəbər veror ki, Pakistanın ordu sözçüsü general-mayor Asim Səlim Bacva açıqlamasında, Hava Qüvvələri korpusuna təşkil olunan hücumundan sonra başlayan qarşıdurmada terrorçuların uzaqlaşdırıldığını bildirərək, "ancaq terrorçuların bir hissəsi bölgədəki məscidə girərək, səhər namazı qılan camaata hücum edib, 16 nəfəri öldürüblər. Başladılan əməliyyat zamanı daha 13 terrorçu məhv edilib", - deyib.
 
Səhər baş verən qarşıdurmada isə 6 terrorçunun öldürüldüyü, 1 əsgərin həyatını itirdiyi və 6 əsgərin yaralandığı bildirilmişdi.

Google+ WhatsApp ok.ru