Pakistanda İmam Hüseyn (ə) əzadarlarına hücum

Pakistanın Kəraçi şəhərində Məhərrəm ayının 4-cü gecəsində terrorçuların bir Hüseyniyəyə təşkil etdikləri hücum nəticəsində kiçik yaşda bir uşaq qətlə yetirilib, 8 nəfər isə yaralanıb.
 
Maide.az xəbər verir ki, Kəraçi şəhəri İslami Araşdırma Mərkəzi kimi istifadə edilən sözügedən Hüseyniyəyə hücumun bir neçə motosikletli tərəfindən həyata keçirildiyi bildirilir.
 
Hücumun məsuliyyətini boynuna götürən olmayıb.
 
Digər tərəfdən Pakistan Vəhdəti Muslimin Məclisi Partiyasının baş katibi əllamə Raca Nasir Abbas bu çirkin hücumu qınayaraq, hökumətdən hücum məsullarının dərhal tapılaraq cəzalandırılmasını tələb edib.

Google+ WhatsApp ok.ru