Pakistanda mikroavtobus yandı, 13 sərnişin həyatını itirdi

Pakistanda mikroavtobus yandı, 13 sərnişin həyatını itirdi

Pakistanın cənub – qərbində  Bəluçistan əyalətinin Job bölgəsində mikroavtobus avtobusla toqquşub. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  hadisə nəticəsində mikroavtobusda yanğın baş verib. 
 
Yanğın nəticəsində mikroavtobusdakı 13 sərnişin həyatını itirib. 
 
Vilayət rəsmisinin sözlərinə görə, dizel yanacağı ilə dolu yük maşını Kan Mehtarzay şəhəri yaxınlığında sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan dərhal sonra yanğın başlanıb. Ölənlərdən çoxunun kimliyini müəyyənləşdirmək hələlik, mümkün olmayıb.
 
Ölənlər arasında qadınların və uşaqların olduğu bildirilir.
 

 

Google+ WhatsApp ok.ru