Pakistanda minlərlə uşaq dünya birliyinə çağırış etdi

Pakistanda minlərlə uşaq dünya birliyinə çağırış etdi

Pakistanda minlərlə uşaq dünya ictimaiyyətinin diqqətini xüsusi dövlət statusunun ləğv edilməsindən sonra Hindistan tərəfindən bloklanan Cammu və Kəşmirdəki həmyaşıdlarının vəziyyətinə yönəltmək üçün yürüş keçiib.

Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Minlərlə uşaq, Sweet Homes Pakistan xeyriyyə cəmiyyətinin təşkil etdiyi yürüşdə iştirak etmək üçün İslamabadda Pakistan Parlamenti qarşısında toplaşıblar.

Uşaqlar “Kəşmir uşaqlarını xilas edin!” yazısı olan plakatlar tutub, “Kəşmirə azadlıq!” qışqıraraq dünya ölkələrinin liderlərini Kəşmir məsələsini həll etməyə çağırıblar.

Etirazçılardan biri Salman Rafiq “Anadolu” agentliyinə açıqlamasında Kəşmirdə məktəblərin bağlandığını və komendant saatları tətbiq edildiyini bildirib. Rafik deyib ki, "bu gün Hindistanın təzyiqləri altında olan Kaşmir uşaqlarına dəstək olmaq üçün buradayıq".

Sweet Homes Pakistan təşkilatının rəhbəri Zammurad Xan da bölgədəki uşaqların vəziyyətinə diqqət çəkib: "Cammu və Kəşmir bölgəsində məktəblər 50 gündən çoxdur bağlanmışdır. Uşaqlar ailələri ilə birlikdə açıq səma altındakı bu həbsxanada yaşayırlar. Hindistan bölgə sakinlərinin bütün hüquqlarını pozur. Pakistan övladları daima Kəşmir qardaşlarını dəstəkləyirlər".

Pakistanlı uşaqlar beynəlxalq birliyi və insan haqları təşkilatlarını Kəşmirdəki uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görməyə çağırıblar. Yürüş xarici ölkələrin səfirliklərinin, Avropa Birliyinin və BMT-nin nümayəndəliklərinin olduğu İslamabaddakı diplomatik zonanın sərhədlərində başa çatıb.

Google+ WhatsApp ok.ru