Pakistandan Arakan müsəlmanlarına 5 milyon dollarlıq yardım

Myanmada buddistlərin zülmündən qaçaraq İndoneziya, Tailand və Malayziyada çadırlara sığınan Arakan müsəlmanlarına (Rohingyalar) yardımlar davam edir.
Maide.az xəbər verir ki, rohingyalara yardım edənlər sırasına Paskitan da qoşulub.
Məlumata görə, Pakistan hökuməti tərəfindən onlara 5 milyon dollarıq qida yardımı ediləcək. Bundan başqa, Pakistan Milli Məclisində rohingyalara zülmü pisləyən sənəd də qəbul edilib.
Sənəddə 12 iyunun Myanmadakı müsəlmanlar üçün həmrəylik günü elan edilməli olduğu və bu məsələnin müzakirə edilməsi üçün Myanma dövlətinə nümayəndə heyətinin göndərilməsi də yer alıb.
Məlumat üçün bildirək ki, 1982-ci ildə Myanmada qəbul edilən qanunla rohingyalar vətəndaşlıq hüququnu itiriblər. Myanmada müsəlmanlara qarşı müxtəlif zorakılıqlar edilir, kütləvi şəkildə qətlə yetirilirlər./

Google+ WhatsApp ok.ru