Pakistanda partlayış: 10 nəfər ölüb, 43 nəfər yaralanıb

Ötən gecə Pakistanın Pəncab əyalətində baş vermiş partlayışda 10 nəfər ölüb, 43 nəfər yaralanıb. 
Maide.az xəbər verir ki, Partlayış Pəncab əyalətinin Meltan şəhərində baş verib.  Araşdırmalar göstərir ki, partlayış əldə qayırma bombanın motorsikletdə quraşdırılması nəticəsində baş verib.  Terror hadisəsi nəticəsində bir neçə avtomobil və dükana da ziyan dəyib. 
Yaralıların bəzisinin vəziyyəti ağırdır. 
Hələlik heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. /
 
 
 
 

Google+ WhatsApp ok.ru