Pakistanda partlayış: 9 ölü, 24 yaralı

Pakistanda partlayış: 9 ölü, 24 yaralı

Pakistanın Lahur şəhərində  ziyarətgahlardan birinin yaxınlığında  partlayış baş verib, 9 nəfər ölüb,  24 nəfər yaralanıb. 
 
Maide.Az  “reuters”ə istinadla xəbər verir ki, partlayış  “Data Darbar” ziyarətgahı yaxınlığında baş verib. 
 
Lahur şəhər xilasetmə xidmətlərinin nümayəndəsi Məhəmməd Faruq bildirib ki, yaralılardan  ən azı yeddi-səkkiz nəfərin vəziyyəti ağırdır. 
 
“Data Darbar”  Sufilərin ən böyük ziyarətgahıdır.  Qeyd edək ki, 2010-cu ildə bu ziyarətgaha intiharçı hücum etmişdi və ən az 40 nəfəri öldürmüşdü. 
 
Lahur Pakistanın şərqində yerləşir və bu ölkənin ikinci ən böyük şəhəridir. 
 

Google+ WhatsApp ok.ru