Pakistanda partlayış baş verdi

Pakistanda partlayış baş verdi

Pakistanın Ravalpindi şəhərindəki polis idarəsi yaxınlığında qumbarası ilə hücum təşkil edildiyi bildirilib.

 İlkin hesablamalara görə, partlayışda 3-ü ağır olmaqla 25 nəfər yaralanıb. 

 Bu, Ravalpindidə son 10 gündə polis bölməsini hədəf alan ikinci hücumdur. 

 4 dekabrda Pir Vadhai Polis İdarəsinin yaxınlığında əldəqayırma partlayıcı partlamışdı. Hücumda 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.   

Hər iki hücumun da hələ məsuliyyətini üzərinə götürən olmayıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru