Pakistanda partlayışlar törədilib, ölən və yaralananlar var

Pakistanda partlayışlar törədilib, ölən və yaralananlar var

Pakistanda 2 partlayış törədilib.
 
Maide.Az "Report" a istinadən xəbər verir ki, hər iki hadisə Bəlucistan vilayətində, Ketta ərazisində qeydə alınıb.
 
Belə ki, uzaqdan idarə olunan bomba "Khezai Chowk" şirkəti yaxınlığında partladılıb. Nəticədə 1 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
 
Məlumata görə, ikinci partlayış təhlükəsizlik qüvvələri və media nümayəndələri birinci hadisə yerinə gedərkən törədilib. Yaralılar xəstəxanalara yerləşdirilib.
 
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 
 

Google+ WhatsApp ok.ru