Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var

Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin Həyatabad səhiyyə kompleksi yaxınlığında törədilib.
 
Məlumata görə, 2 terrorçu-kamikadze motosikletlə kompleksin yaxınlığındakı hökumət işçisinin xidməti avtomobilinə çırpıldıqdan sonra partlayış olub.
 
Xəbərdə bildirilir ki, Pakistanın müxalifətdə olan “Təhrike-e-İnsaf” Partiyasının lideri İmran Xan tibbi mərkəzə getməyə hazırlaşırmış. Onun xəsarət almadığı vurğulanıb.
 
Hadisənin detalları barədə ətraflı məlumat yayılmayıb. 
 
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. /

Google+ WhatsApp ok.ru