Pakistanda partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Pakistanda partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Pakistanın şimal-qərbində törədilmiş partlayış zamanı iki hərbçi həlak olub, daha dörd nəfər xəsarət alıb.
 
Bu barədə mənbələrə istinadən "Sinxua" agentliyi bildirib.
 
 Agentliyin məlumatına görə, hadisə Əfqanıstanla həmsərhəd Şimal Vəziristan rayonunda olub. Əldəqayırma partlayıcı qurğu hərbçilərin olduğu nəqliyyat vasitəsində işə salınıb.
 
Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Təhlükəsizlik xidmətləri hadisənin baş verdiyi ərazidə axtarış əməliyyatı keçirir. /Report
 

Google+ WhatsApp ok.ru