Pakistanda sel məscidi yudu apardı, 40 nəfər həlak olub

Pakistanda sel məscidi yudu apardı, 40 nəfər həlak olub

Pakistanın şimal-qərbində baş vermiş daşqın nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb.

Maide.Az xəbər verir ki, bu barədə Frans Press agentliyi yerli hakimiyyətə istinadən xəbər verir.

Güclü yağışlar Çitral əyalətində şənbə günü axşam başlayıb. Güclü leysan suları məscidi, ordu postunu və bir neçə evləriel yuyaraq, geniş tələfatlara yol açıb. Agentliyin məlumatına görə, ölənlərin ən azı səkkiz hərbiçi olub.

"Həlak olanlardan on altısı məsciddə dua edənlər olub.",-deyə təbii fəlakətin aradan qaldırılması idarəsinin nümayəndəsi Rəhman Lətifur bildirib.

O əlavə edib ki, hazırda rayonun daşqınlardan zərər çəkmiş şəhərində axtarış-xilasetmə əməliyyatları aparılır/ /

Google+ WhatsApp ok.ru